Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür


16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. 2005-ci dekabrın 16-da Prezident İlham Əliyev ölkədə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Ölkə başçısının bir il sonra hər il dekabrın 16-nın Nazirlik işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam isə bu sahəyə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Fəaliyyət göstərdiyi 6 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR