Sumqayıtda hava

Cəmiyyət

Fazil Mustafa: "Ölüm hökmü bərpa olunmalıdır."

 

 

Millət vəkili Fazil Mustafa Bakıda 5 yaşlı qıza təcavüz edən və sonradan onu öldürən şəxsə ölüm cəzası verilməsini tələb edib. "YeniSumqayit.az"ın məlumatına görə millət vəkili bu barədə sosial şəbəkədəki hesabında paylaşım edib. Statusu olduğu kimi təqdim edirik:
İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər.
Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?.. 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir.
Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik cavabdır: İçkili idim maşınla adamı vurdum, içkili idi maşın vurdu, içkili idim bıçaqladım, güllələdim, qumbara atdım, içmişdim və çəkmişdim gedib evi yandırdım.
Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki görürsünüz. Çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən.
Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR