Manşet / Cəmiyyət

Bu dükanlardan mal almayın

Bu dükanlardan mal almayın


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində də istehlaka yararsız məhsulların satıldığı aşkar edilib:
Belə ki,
- 2-ci mikrorayon, 36/20A ünvanında Xəlilağa Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan;
- 6-cı mikrorayon, 25 ünvanında Mətanət Hüseynovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan;
- 41A məhəllə, 3 ünvanında Cəmilə Sadıqovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan;
- 12-ci mikrorayon, 1/2 ünvanında Səhniyyə Cəmilovaya; 5-ci mikrorayon, 23/24 ünvanında Ruxsarə Əliyevaya və Koroğlu prospekti, 41A məhəllə, 280 ünvanında Elvin Məmmədova məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR