Cəmiyyət

Sumqayıtda məcburi köçkünlər yenə köçürülür - FOTO

Sumqayıtda məcburi köçkünlər yenə köçürülür - FOTO

 

Sumqayıt şəhərinin dəmir yolu stansiyasında məskunlaşan məcburi köçkünlərə ev veriləcək. Onlar stansiyanın inzibati binasından köçürüləcəklər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb. Stansiyaya baxış keçirilib. Orada məskunlaşan məcburi köçkünlərin mənzillə təmin olunması üçün işlər görüləcək.

Bakı ilə Sumqayıt şəhərləri arasında sürətli qatarların istifadəyə verilməsi nəzərdə tutulduğuna görə Sumqayıt stansiyasında da təmir işlərinə başlanılıb.

Xatırladaq ki, Sumqayıt Dəmir Yolu Stansiyasında əsasən Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşıblar. Stansiya daimi yaşayış üçün nəzərdə tutulan yer olmadığı üçün məcburi köçkünlərin həyat şəraitləri ağırdır.

 





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR