Cəmiyyət

Bakının cazibədar qadın polisləri (FOTO)

Bakının cazibədar qadın polisləri (FOTO)

 

Bakıda yeni geyimli polislər xidmətə başlayıb. Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçuları ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsində qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıblar.
Üzərində Avropa Oyunlarının atributlarını əks etdirə boz geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları digər polislərdən fərqlənir. Həmin polislər xarici görünüşlərilə yanaşı, xarici dildə səlis danışa bilirlər. Qadın və kişi heyətindən ibarət polislər xüsusi təlib keçiblər. Onlar Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da şəxsi heyətin hazırlığı və bütün təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqları tam yerinə yetirmək qabiliyyətinə maikdirlər.
Qeyd edək ki, yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə hərbi qulluqçularımızla polis orqanlarının əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularımızla 45 günlük ingilis dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların xüsusi geyim forması ilə, perimetr boyu xidmət aparacaq hərbi qulluqçuların isə xüsusi önlüklərlə təminatına baxış keçirilib. Hələ 2014-cü ilin sonundan etibarən, ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlikdə təşkil olunmuş kurslarda təlim keçmiş mühəndis-istehkam qruplarının da təminatına və təchizatına diqqət yetirilib. Daha sonra, xidmət aparılan zaman əməliyyat qərargahları, köməkçi əməliyyat qərargahları, eləcə də Daxili Qoşunların Baş İdarəsində Baş İdarəetmə Mərkəzi ilə dayanıqlı rabitənin təşkil edilməsi üçün rabitə avadanlıqlarına baxış keçirilib.
Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir avadanlıq, texnika və xüsusi avtomobillər alınıb. Yarışlar zamanı şəxsi heyətin daşınması üçün əsasən iritutumlu və ortatutumlu avtobuslardan istifadə olunacaq.
Bir sözlə, ölkəmizdə keçiriləcək dünya əhəmiyyətli tədbirdə təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.
 
ANSPRESS





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR