Sumqayıtda hava

Cəmiyyət

SDU-da Milli Qurtuluş günü qeyd olunub

SDU-da Milli Qurtuluş günü qeyd olunub

15 İyun-Milli Qurtuluş günü Sumqayıt Dövlət Universitetində təntənəli şəkildə qeyd olunub.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. 
Tədbir Azərbaycan Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxışında bildirib ki, Heydər Əliyev siyasəti azərbaycançılıq ideologiyası, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gücləndirilməsi və reallaşmasına yönələn dəyərləri əhatə etdi. Başqa sözlə, dahi siyasətçinin titanik səyləri nəticəsində XX əsrin 70-ci illərində elə bir tarixi bünövrə yaradılırdı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycan qurulmalı, Azərbaycanın tamamilə yeni tarixinin əsası qoyulmalı idi və nəticədə dahi rəhbər bu məqsədinə nail oldu. 

SDU-da Milli Qurtuluş günü qeyd olunub
Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edən E.Hüseynov bildirib ki, 22 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır.

Rektor diqqətə çatdırıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Ölkəmiz daha bir möhtəşəm tədbirə - I Avropa Oyunlarına ev sahibliyi edir. Dünyanın 60-dan çox ölkəsindən tanınmış idmançıları Odlar Yurduna təşrif buyururlar. Nüfuzlu ictimai-siyasi xadimlər Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qüdrətini etiraf edirlər. Mən əminəm ki, idmançılarımız I Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edərək bayrağımızı zirvələrə qaldıracaqlar.

Qədim dünya və orta əsrlər tarixi kafedrasının baş müəllimi Nofəl Abdullayev, Tədris hissəsinin əməkdaşı, şair-publisist Əvəz Mahmud Lələdağ, Riyaziyyat fakültəsinin magistrantı İranə Abdullayeva məruzələrlə çıxış etdikdən sonra "15 İyun-Qurtuluş günü” haqqında sənədli film nümayiş olunub.

SDU-nun Mətbuat Xidmətinin məlumatı





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR