Sumqayıtda hava

Manşet / Cəmiyyət

İlham Zəkiyev: "Bu, bir təsadüf deyildi”

İlham Zəkiyev: "Bu, bir təsadüf deyildi”

 

Azərbaycan iyunun 12-də Birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı. Çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an - Bakı Olimpiya Stadionunda İlk Avropa Oyunlarının açılış mərasimi baş tutdu.

Bu möhtəşəm mərasimdə I Avropa Oyunlarının məşəlini stadiona iki dəfə paralimpiya oyunları, iki dəfə dünya, beş dəfə Avropa çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev gətirdi ki, bu da hamıda qürur hissi yaşatdı.

Azərbaycan tarixində ilk dəfə Paralimpiya Oyunlarında ikiqat çempion adını qazanan İlham Zəkiyev 19 yaşında vətənin müdafiəsi zamanı erməni snayperinin açdığı atəş nəticəsində görmə qabiliyyətini tamamilə itirib.

İlham Zəkiyev: "Bu, bir təsadüf deyildi” 

İlham Zəkiyevlə bu gün Sumqayıtda Paralimpiya İdman Kompleksində görüşdük. Onun sözlərinə görə, təxminən üç ay əvvəl bilib ki, I Avropa Oyunlarının məşəlini stadiona məhz o, gətirəcək:

"Təxminən 3 ay əvvəl dedilər ki, bu möhtəşəm yarışa məşəli ən son sən gətirəcəksən. Həm sevincli idim, həm də həyəcanlı. Çünki dünyanın diqqəti Azərbaycanda idi. Tam səmimi deyim ki, bu günə qədər qazandığım qələbələrdə dünən olduğu qədər həyəcan yaşamamışdım. Bu etimadı mənə göstərən Azərbaycan Prezidentinə və onun xanımı Mehriban Əliyevaya təşəkkür edirəm".

Qarabağ müharibəsi əlili İlham Zəkiyev həm də əməkdar idman ustasıdır. O, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar" mükafatının laureatıdır. Müsahibimiz deyir ki, I Avropa Oyunlarının məşəlini stadiona məhz onun gətirməsi dünyanın diqqətini yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldəcək:

"Qarabağ müharibəsi əlili kimi məşəli mənim stadiona gətirməyim mənfur qonşularımıza bir mesaj idi. Bayraqdarımız da, bildiyiniz kimi, Elmar Qasımov idi. O, İrəvanda keçirilən yarışlarda Azərbaycan bayrağını dalğalandırmış və himnimizi səsləndirmişdi. Bu, bir təsadüf deyildi. İnşallah, bayrağımızı da Qarabağda qaldıracağıq, məşəlimizi də alovlandıracağıq".

İlham Zəkiyev özü də Birinci Avropa Oyunlarında qələbə uğrunda mübarizəyə qoşulacaq:

"Beynəlxalq Paralimpiya Komitəsi Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya bununla bağlı müraciət edib. Bu müraciətə müsbət cavab verilib. Cüdo üzrə mən yarışacağam. Bu, Beynəlxalq Paralimpiya Komitəsinin qərarıdır. Bakının da bu qərarı dəstəkləməsi məni daha da qürurlandırdı. Mənimlə birgə iki qadın idmançı da yarışlara qatılacaq. İyun ayının 26-sı - Silahlı Qüvvələr günü Heydər Əliyev adına arenada bütün azarkeşləri gözləyirik. Dualarınızı əsirgəməyin".

İlham Zəkiyev I Avropa Oyunlarında da uğur qazanacağına əmindir.

APA





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR