Manşet / Cəmiyyət

Sumqayıtın şadlıq saraylarında bu ətləri yeyirik - FOTOLAR

Sumqayıtın şadlıq saraylarında bu ətləri yeyirik - FOTOLAR

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olan məlumat əsasında Xəzər bağları yaşayış massivində yerləşən, Səfərəliyev Kamil Sədyar oğluna məxsus anbarda yoxlama aparılıb.

Məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2085 kq yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.

Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Sumqayıtın şadlıq saraylarında bu ətləri yeyirik - FOTOLAR

 

Sumqayıtın şadlıq saraylarında bu ətləri yeyirik - FOTOLAR





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR