Hadisə

Metroda oğurluq edən Sumqayıt sakini tutuldu

Metroda oğurluq edən Sumqayıt sakini tutuldu


"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakı şəhər sakinləri Maral Əhmədovaya, Yusif Əliyevə, Tərlan Kərimovaya, Həmid Rəhimliyə məxsus mobil telefonları oğurlamış Sumqayıt şəhər sakini Cavid Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 8-də metronun “28 May” stansiyasında Bakı şəhər sakinləri Şamil Mehdiyevə və Nərmin Mürsəlovaya məxsus mobil telefonları oğurlaması da müəyyən edilmişdir.

(mia.gov.az)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR