Cəmiyyət

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR 

Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N” saylı hərbi hissənin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Zakir Həsənov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Xəzər dənizi hövzəsində ən böyük və müasir hərbi obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N” saylı hərbi hissənin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ildən başlanılıb. Burada şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün geniş işlər görülüb.

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

 

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

 

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR 

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.
Qərargah binasında növbətçi, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin feldyeger poçt-rabitə stansiyası, bufet yaradılıb.
Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi HDQ-nin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar HDQ-nə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycan sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir.
Dövlət başçısı hərbçilərlə görüşərək mərasimdə nitq söylədi.

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR 

Daha sonra dövlət başçısı "N” saylı hərbi hissənin əsgər yataqxanasında oldu.
Hərbi hissənin şəxsi heyəti üçün yataqxanalar inşa olunub. Üçmərtəbəli binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var.

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR 

Ali Baş Komandana "Bəbir-2” zirehli nəqliyyat vasitəsi barədə də məlumat verildi. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalıdır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilir.

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

 

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

Puta qəsəbəsində ayrılan 254,5 hektar torpaq sahəsində Hərbi Dəniz Qüvvələri və "N” saylı hərbi hissə üçün qərargah binaları, 2 xidməti yaşayış binası, 10 sahilyanı matros yataqxanası, əsgər yeməkxanaları, nəzarət-buraxılış məntəqələri, qazanxana-camaşırxana-hamam kompleksi, gəmilərin yan alması üçün körpülər, anqar tipli avtomobil dayanacaqları yaradılıb.
Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev HDQ-nin idarəetmə gəmisinə baxdı.

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

 

Xəzər dənizi hövzəsində ən böyük hərbi obyekt istifadəyə verildi - FOTOLAR

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR