Elan

Toğrul Ələkbərin təqdimatında "İnkişafologiya" təlimi keçiriləcək

Toğrul Ələkbərin təqdimatında "İnkişafologiya" təlimi keçiriləcək

 

Hədəf təlim klubu "Hədəf təlim günləri" çərçivəsində tanınmış təlimçi Toğrul Ələkbərin təqdimatında fərqli adda "İnkişafologiya" adlı təlimi təqdim edir.
Nədir İnkişafologiya?
Hər birimiz xəyal edərkən gələcəkdə özümüzü irəlidə, inkişaf etmiş şəxs kimi görmək istəyirik, lakin nə qədər inkişaf etmək istəsək belə yenə də bu söz biz də qorxu da yaradır.
Sadə. Çünki, bilmirik necə inkişaf edək, kimə müraciət edək, kimdən götürək, hara gedək. Suallar çoxaldıqca həvəsimiz də bir tərəfdən əriyir. Lakin hər şeyin çıxış yolu olduğu kimi bunun da bir yolu var.
Tanış olun: "İnkişafologiya” ! Bu inkişaf barədə elmin adıdır. İlkin olaraq bir seminar şəklində gənclərə təqdim olunacaq tədbirdə inkişaf barədə bir çox suallara, müəmmalı məqamlara toxunulacaq və hər bir iştirakçı sonda özünə uyğun bir yol seçəcək, cavablar tapacaq, ÖZ yerini müəyyənləşdirəcək.

TƏLİMÇİ: Toğrul Ələkbər
- Şəxsi inkişaf və Karyera planlaşdırılması üzrə mütəxəssis
- "Karyera A-dan Z-yə" kitabının müəllifi
- Təcrübəli təlimçi-instruktor
- Gənclər sektorunda və təlimçilik sahəsində 7 illik təcrübəyə malik
- İsaac Pintosevich Systems şirkətinin sertifikatlı biznes təlimçisi
- Allmag fərdi inkişaf jurnalının layihə rəhbəri

Təlimdə iştirak etmək üçün:
1) hedeftelim@mail.ru ünvanına son qeydiyyat tarixinə kimi CV formanızı göndərməli
2) Son qeydiyyat tarixindən sonra iştirak hüququ qazanan şəxslərin mobil nömrələrinə bildiriş göndəriləcək və adları: https://www.facebook.com/pages/Hedef-Telim-Klubu/821220951265710?fref=ts səhifəsində qeyd ediləcək.
3)Təlimdə iştirakla bağlı CV göndərərkən subject hissəsinə təlimin adını qeyd edin. Əks halda belə Cv-lərə baxılmayacaq.
4) Son qeydiyyat tarixi: 04.07.2015 ( saat 22:00)
5) Öz Şirniyyatı ilə coffee breakdə yeni dad və yeni adla Təlimlərimizə sponsorluq edən Quba-Paxlavası Şirniyyat Evinə öz təşəkkürümüzü bildiririk.

Tel: (+99412) 594 73 38, (+99455) 213 52 84, (+99470) 324 98 50
e-mail: hedeftelim@mail.ru
Ünvan: Z.Əhmədbəyov küç 2 Hədəf Kursunun Nizami filialı (Nizami metrosunun yaxınlığı)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR