Cəmiyyət

Azərbaycanlı nazirlər futbol oynayacaq - SİYAHI

 

Sabah Azərbaycanın deputat və nazirləri rusiyalı deputat və nazirlərlə futbol oynayacaqlar. Millət vəkili Fazil Mustafa futbol matçında iki deputatın oynayacağını bildirib:
"Deputatlardan mən və Adil Əliyev komandaya seçilmişik. Məşqçinin müəyyənləşdirməsinə görə, mən sağ cinahdan hücumda oynayacam”.

F.Mustafa matçda Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirlərinin də oynayacağını qeyd edib.
"Təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər olacaq”.

Deputat Azərbaycan komandasının məşqçisinin Vaqif Sadıqov olduğunu qeyd edib. 
"Dalğa Plaza” arenasında məşq etmişik. Yəqin ki görüş də orada keçirilər. Amma dəqiq yeri bilmirəm. Matç sabah axşam saatlarında oynanılacaq, hardasa 20:00 radələrində”.

Lent.az





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR