Elan

Tofiq Sadıxovun “Natiqlik məharəti və ya maral qızılcası” təlimi keçiriləcək

Tofiq Sadıxovun “Natiqlik məharəti və ya maral qızılcası” təlimi keçiriləcək

11.07.2015 Tarixində keçiriləcək təlim
Təlimin mövzusu: "Natiqlik məharəti və ya maral qızılcası” interaktiv seminar
İştirakçılar nə öyrənəcək:

Bizim ətraf aləmlə yalnız dörd təmas üsulumuz var. Bizə gördüyümüz işə, görünüşümüzə, nə və necə danışmağımıza görə qiymət verirlər. Buna baxmayaraq çox adam məktəbi bitirdikdən sonra danışıq qabiliyyətini inkişaf etdirməyə əhəmiyyət vermədən söz ehtiyatını zənginləşdirmək haqda düşünmür.

Auditoriya qarşısında çıxış etmək istənilən sahədə, istənilən yaşda olan insan üçün çox vacib amildir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq və başqa nüanslar bir çox situasiyalarda qarşımıza çıxır. Ritorika sənətinin detalları və incəlikləri qeyri-məhduddur. Karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir.
Bu səbəbdən Sizi Natiqlik sənətinin incəliklərini öyrənmək üçün "Natiqlik məharəti və ya maral qızılcası” adlı interaktiv seminara dəvət edirik.

Təlimçi: Tofiq SADIXOV

AEGEE - Bakı - Avropa Tələbələr Forumu Bakı İB-nin Fəxri üzvüdür. 2008-ci iləd müxtəlif layihə və tədbirlərdə könüllü, assitant, komanda rəhbəri, mütəxəssis, təlimçi və təşkilatçı kimi çalışıb. Gənclər sektorunda 7 illik təcrübəyə malikdir. Gürcüstan, Rusiya, Ukrayna, Makedoniya, Türkiyə, Ruminıya, İngiltərə, Fransa və digər ölkələrdə müxtəlif seminar, konfrans və təlimlərdə iştirakçı və təlimçi olub. 2010-cu ildən sərbəst peşəkar təlimçiliklə məşğuldur. 5 il ərzində bütün Azərbaycan üzrə 5000-dən çox gəncə təlim keçib. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Natiqlik, Layihə yazılışı, İdarəçilik, Komanda işi mövzularında peşəkar təlimçi və şəxsi inkişaf üzrə mütəxəssisdir.
Təlimdə iştirak etmək üçün nə etməli?
1) hedeftelim@mail.ru ünvanına son qeydiyyat tarixinə kimi CV formanızı göndərməli
2) Son qeydiyyat tarixindən sonra iştirak hüququ qazanan şəxslərin E-mail ünvanına bildiriş göndəriləcək.
3) Təlimdə iştirakla bağlı CV göndərərkən subject hissəsinə təlimin adını qeyd edin. Əks halda belə Cv-lərə baxılmayacaq.
4) Son qeydiyyat tarixi: 10.07.2015 (saat 23:00)
5) Öz Şirniyyatı ilə coffee breakdə yeni dad və yeni adla Təlimlərimizə sponsorluq edən Quba-Paxlavası Şirniyyat Evinə öz təşəkkürümüzü bildiririk.
Əlaqə vasitələri :
Tel: (+99412) 594 73 38, (+99455) 213 52 84, (+99470) 282 42 82
E-mail: hedeftelim@mail.ru
Ünvan: Z.Əhmədbəyov küç 2 Hədəf Kursunun Nizami filialı (Nizami metrosunun yaxınlığında)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR