Manşet

Bakı-Sumqayıt sürət qatarları xəttə nə vaxt buraxılacaq - VİDEO

Bakı-Sumqayıt sürət qatarları xəttə nə vaxt buraxılacaq - VİDEO

 

Bakıdan Sumqayıta 40 dəqiqəyə gedəcək sürət qatarına biletin qiymətinin 70 qəpik olmasi təklif edilir. Buna səbəb avtomobillə bu yolun gedilməsinin orta hesabla 1 manata başa gəlməsidir. Yeni qatarların isə sentyabrdan etibarən xəttə buraxılması nəzərdə tutulur. Gecikməyə səbəb isə əsaslı təmir-bərpa işləridir.  
Bakıdan Sumqayıta gedəcək sürət qatarında ödəniş haqqının 70 qəpik olacağı gözlənilir. Bununla bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Tarif Şurasına müraciət etməyə hazırlşır.
Yeni qatarların sentyabrın əvvəlindən etibarən xəttə buraxılması nəzərdə tutulur. Bakı və Sumqayıt stansiyalarındakı əsaslı yenidən qurma işləri və xətlərin sürət qatarına uyğunlaşdırılması tarixin uzadılmasına səbəb olub.
Sumqayıt vağzalı binasında məskunlaşan məcburi köçkünlərin ərazidən köçürülməsi üçün razılıq əldə edilib. Yaxın zamanlarda onların hesabına kompensasiyalar da köçürüləcək.
Bakı stansiyasındakı yenidənqurma işləri çərçivəsində metronun 28 may stansiyası ilə platformaları birləşdirəcək yeni tunel çəkilir. 3 platformada işlər başa çatdırılıb, 4-cü platformada isə təmir davam edir. Turniketlərin quraşdırılacağı ərazi də tam olaraq hazırdır.
Bakı Sərnişin Stansiyasının ərazisindədə pulsuz wi-fi xidməti də olacaq.
Xezerxeber.com





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR