Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda könüllülərin forumu keçiriləcək

Azərbaycanda könüllülərin forumu keçiriləcək 


İyulun 10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən "Bakı 2015” I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.
Nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilmiş "Bakı 2015” I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub. I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıbar.
Qürurverici haldır ki, Azərbaycan idmançıları yüksək nailiyyətlər əldə edərək Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələri geridə qoyub, 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırıb, ikinci yeri tutmağa nail olub.
Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib və müstəsna xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə təşəkkür məktubları göndərilib.
Təhsil naziri deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstəriblər. Tələbə-könüllülərin fəaliyyətinə I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən də yüksək qiymət verilib.
Könüllülər arasında SABAH qruplarının tələbələrinin uğurlu fəaliyyəti də qeyd olunmalıdır. Cari ilin martından fəaliyyətə başlayan "SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarındakı könüllülərin "Bakı 2015” I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə silsilə tədbirlər keçirilib. Könüllülər Avropa Oyunlarının keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə dəstək göstəriblər.
Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci il tarixdə - Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR