Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Atəş hazırlığı”

Sumqayıtda şagirdlərə hərbi vətənpərvərlik hissinin aşılanması məqsədilə Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlıq fənnindən “Atəş hazırlığı” mövzusunda açıq dərs keçirilib.

Tədbirdə Təhsil Nazirliyi, şəhər icra hakimiyyəti, Təhsil Problemləri İnstitutu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhər məktəblərinin direktorları iştirak ediblər.

Dərsin əyani hissəsində atəş hazırlığı dərsinin əsas əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, bu dərs şagirdlərə pnevmatik silahlar və Kalaşnikov avtomatı vasitəsilə öyrədilir. Burada əsasən avtomatik silahların iş prinsipi, hissə və mexanizmlərin işi, eləcə də atəş qaydaları izah edilib. Bildirilib ki, atəş hazırlığı dərsi 4 təlim nöqtəsindən ibarətdir.

Birinci təlim nöqtəsində avtomatın hissə və mexanizmləri, ikinci təlim nöqtəsində avtomatın natamam sökülüb-yığılması və darağın doldurulub boşaldılması, üçüncüdə atəş, dördüncü təlim nöqtəsində isə pnevmatik silahlardan praktik atəş tapşırığının yerinə yetirilməsi öyrədilib.
Sonra qiymətləndirmə aparılıb, manqaların fəallığı və 3 mərmidən neçəsinin hədəfə dəyməsi barədə şagirdlərə məlumat verilib.

Dərs şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb.

(AzərTAc)





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR