Maraqlı

Azərbaycan vətəndaşı 4500 manatını zibilliyə atdı

Azərbaycan vətəndaşı 4500 manatını zibilliyə atdı


Tullantıların arasından müxtəlif növ silah, qızıl əşyalar, müxtəlif sənədlər və digər dəyərli əşyaların tapılması məlumdur.

"Təmiz Şəhər" ASC-dən verilən məlumata görə, bu dəfə isə vətəndaş təxminən 4500 manatını zibilliyə atıb, amma xoşbəxtlikdən, pul sahibinə geri qaytarılıb.

Belə ki, vətəndaş E.Məmmədovun müraciəti əsasında və aparılmış araşdırmalar nəticəsində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun qəbul məntəqəsində vətəndaşa məxsus 4300 AZN və 200 ABŞ dolları məbləğində pul bağlaması aşkar olunub. Bağlama aktlaşdırılaraq vətəndaşa qaytarılıb.

"Təmiz Şəhər" ASC bu kimi hallarla qarşılaşmamaq üçün vətəndaşlara diqqətli olmağı tövsiyyə edir:


Diqqətli olaq, xərclədiyimiz və xərcləmədiyimiz pulları tullantıya çevirməyək!







Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR