Hadisə

Qaradağ rayonunda 3 avtomobil toqquşdu, Sumqayıt sakini öldü

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi "KamAZ-53212” markalı avtomobili qarşıdan gedən Fəthi Məcidovun idarə etdiyi "Opel” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi "Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib.
Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
APA





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR