Redaktorun Seçimi / Elan

Əqli Mülkiyyət və İnnovasiya Sərgisi açılacaq

Əqli Mülkiyyət və İnnovasiya Sərgisi açılacaq


Dekabrın 24-də saat 10:00-da AMEA Mərkəzi Elmi Kitabxanasında 1-ci Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi açılacaq.
AMEA, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq sərgi ölkə Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçiriləcək.
İki gün davam edəcək sərgidə AMEA-nın institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji” ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahələrində fəaliyyət göstərən özəl sektorun nümayəndələri öz sərgi pavilyonları ilə təmsil olunacaqlar.

(science.gov.az)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR