Cəmiyyət

Sumqayıtdan 40-dan çox məcburi köçkün ailəsi köçürüləcək

Sumqayıtdan 40-dan çox məcburi köçkün ailəsi köçürüləcək


"Bakı-Sumqayıt dəmiryol xəttində yenidənqurma işləri ilə əlaqədar Sumqayıt sərnişin stansiyasında məskunlaşan 40-dan çox məcburi köçkün ailəsinə birdəfəlik maddi yardım ayrılacaq”.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.
O qeyd edib ki, Sumqayıt sərnişin stansiyasının inzibati binasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin 24 iyul 2015-ci ildə qəbul edilmiş sərəncamı var.
"Stansiyasının təmiri ilə bağlı həmin ərazidə məskunlaşan məcburi köçkünlərin köçürülməsi zərurəti yaranıb. Hər bir məcburi köçkün ailəsinin köçürülməsi üçün onlara birdəfəlik maddi yardım ayrılıb. Bu maddi yardım da "Azərbaycan Dəmir Yolları” QSC-nə ayrılır və onlara da tapşırılır ki, həmin məcburi köçkünlərin köçürülməsi təmin edilsin. Lakin hələlik oradan heç bir məcburi köçkün çıxarılmayıb”.
Sentyabrın 15-ə qədər Bakı-Sumqayıt dəmiryol xəttinin açılacağı qeyd edilir. Əvvəllər Bakı-Biləcəri-Sumqayıt elektrik qatarlarından istifadə edən sərnişinlər təyinat nöqtəsinə 1 saat 22 dəqiqəyə çata bilirdilərsə, yenidənqurmadan sonra bu müddət 40 dəqiqəyə enəcək. Bakı-Zabrat-Sumqayıt qatarı ilə yolçuluq isə 1 saat 29 dəqiqə vaxt aparırdısa, dəyişikliklərdən sonra isə bu müddət 52 dəqiqəyə düşəcək.
AzVision.az

 





Xəbər lenti

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR