Cəmiyyət

Sumqayıtlı şahmatçı beynəlxalq usta oldu

Sumqayıtlı şahmatçı beynəlxalq usta oldu

 

1-9 avqust 2015-ci il tarixlərində Polşanın Ostroda şəhərində şahmat məsələlərinin həlli üzrə gənclər arasında Dünya çempionatı keçirilib. Çempionatda iştirak edən Sumqayıt şahmat məktəbinin yetirməsi Misrətdin İsgəndərov 71 xal toplayaraq qızıl medal əldə edib və yarışın nəticələrinə görə həlletmə üzrə beynəlxalq usta adını (FIDE Solving International Master) qazanıb. O həmçinin, həlletmə üzrə ölkəmizin tarixində ilk dəfə olaraq, qrossmeystr balını toplayıb və beynəlxalq həlletmə əmsalı ilə ölkə yığmasının liderinə çevrilə bilib.
Qeyd edək ki, M.İsgəndərov iyulun sonu Türkiyənin Konya şəhərində keçirilən Türkiyə liqasında da uğurla çıxış edərək şahmat üzrə qrossmesyter balını toplayıb.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR