Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda su axıdıcılarının üstü niyə asfaltlandı? - FOTO

Sumqayıtda su axıdıcılarının üstü niyə asfaltlandı? - FOTO


Sumqayıtın bəzi küçələrində yağış sularını sormaq üçün nəzərdə tutulan kanalizasiya qapaqlarının üstü asfaltla örtülüb. Belə mənzərəni şəhərin Üzeyir Hacıbəyov küçəsində müşahidə etmək olur.
Yağışlar mövsümünə az zaman qaldığını nəzərə alsaq, məsələnin ciddiliyini görmək olar. Bu su axıdıcıları yollardakı yağış sularını sorduğu üçün şəhərin küçələrində gölməçələr olmur. Ancaq axıdıcıların qapaqlarının örtülməsi ciddi problemlərə yol aça bilər.
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Şəhəri Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevlə əlaqə saxladıq. O bildirdi ki, kanalizasiya qapaqlarının örtülməsi may ayında keçirilən Tour d'Azerbaijan velosiped yarışları ilə əlaqədardır.

Sumqayıtda su axıdıcılarının üstü niyə asfaltlandı? - FOTO

"Velosiped yarışlarının bir marşrutu da Sumqayıt ərazisinə düşürdü. Su axıdıcılarının qapaqları velosipedçilər üçün problem yaratmasın deyə müvəqqəti olaraq örtülüb. Yağışlar mövsümü başlanana qədər bütün kanalizasiya qapaqlarının üstü açılacaq", - deyə o bildirib.
A.Əliyev onu da qeyd edib ki, şəhərin yağışlar mövsümünə hazır olması üçün işlər görülür. Bütün mövcud kanalizasiya xətləri, o cümlədən Acıdərə kanalı təmizlənir. Yağışlar mövsümü başlananadək yağış sularını sormaq üçün olan bütün kanalizasiya xətləri hazır vəziyyətə gətiriləcək.

Avtosfer.az





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR