Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatı seçkilərə ciddi hazırlaşır


YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı Sumqayıt şəhərində yerləşən dairələr üzrə irəli sürüləcək partiya namizədlərinin xeyrinə imza toplayanlara treninq keçirib. Çıxış edən şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, Seçki Qərargahı var qüvvəsi ilə iş başındadır:
"İmza toplayacaq qruplar artıq hazırlanıb. Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq, müşahidəçilərimiz, məşvərətçilərimiz üçün treninqlər keçiririk. Bütün görülən işlər parlament seçkilərinin hər zaman olduğu kimi, demokratik və şəffaf keçirilməsinə yaxından yardım etmək məqsədi daşıyır.”
Çıxış edən Seçki Qərargahının üzvləri Vaqif Ələkbərov, Səkinə Sadıqova, Rahib Abbasov, Nizami Namazov, Orucəli Allahverdiyev də qarşıdan gələn seçki prosesinin uğurla başa vurulması istiqamətində fikirlərini bölüşüblər.
Qeyd edək ki, Sumqayıt şəhərinin inzibati ərazisi üzrə dörd Seçki Dairəsi fəaliyyət göstərir. 33 seçki məntəqəsindən ibarət olan 41 saylı Sumqayıt 1-ci Seçki Dairəsinin 43081, 38 seçki məntəqəsindən ibarət 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin 41950, 34 seçki məntəqəsindən ibarət 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsinin 42915, 29 seçki məntəqəsindən ibarət 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin isə 41750 seçicisi var.
Yeniazerbaycan.com





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR