Hadisə

Sumqayıtda döyüş sursatı aşkarlandı


Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərinin ərazisində döyüş sursatları aşkarlanıb.
Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aşkarlanmış sursatlara baxış keçirilərkən məlum olub ki, 1 ədəd tank əleyhinə kumulyativ mərmi, 1 ədəd qumbara atan və 1 ədəd reaktiv mərmi istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəlidir. Ərazidə aşkar olunmuş digər mərmilər və gilizlər tam yararsız oldugu hesab edilib.
Insan həyatı üçün təhlükəli hesab edilən mərmilər mütəxəssislər tərəfindən təhlükəsiz ərazidə zərərsizləşdirilib. Əməliyyat saat 20:30-da başa çatıb.
Lent.az





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR