Maraqlı

Bakıda işıqlandırılmış piyada keçidləri quraşdırıldı

Yenilik piyadaların və sürücülərin işini asanlaşdıracaq.

Bakıda işıqlandırılmış piyada keçidləri quraşdırıldı

Bakıda işıqlandırılmış piyada keçidləri quraşdırıldı


Bakıda xüsusi işıqlandırma ilə təchiz olunmuş piyada keçidi quraşdırılıb.
"Yeni Sumqayıt"ın oxu.az-a istinadən verdiyi məlumata əsasən test rejimində çalışan xüsusi işıqlandırılmış piyada keçidi Murtuza Muxtarov və Nigar Rəfibəyli küçələrinin kəsişməsində tətbiq olunub.
Piyada keçidinin üzərində iki cür - yaşıl və qırmızı - rəngli işıqlar quraşdırılıb: Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt”dir.
Keçidin yanında isə günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılıb. Alınan elektrik enerjisi yol nişanının və piyada keçidinin üzərində olan müxtəlif rəngli işıqların gecə saatlarında yanmasına səbəb olur.
Qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin piyada keçidlərinə baxıb hərəkəti tənzimləyir.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR