Manşet / İqtisadiyyat

Bakıdan Sumqayıta ilk qatar gəldi - FOTO

Bakıdan Sumqayıta ilk qatar gəldi - FOTO

 

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmirinin başa çatmasıyla bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, ilk işçi qatarı ilə QSC-nin infrastruktur departamenti, sərnişindaşıma, rabitə-siqnalizasiya, elektrik-təchizatı departamentinin əməkdaşları yola düşüb.
İşçi qatarının yola düşməkdə məqsədi yola baxış keçirmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.
Qeyd edək ki, artıq Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda əsaslı təmir işləri başa çatıb və sentyabrın 15-də istifadəyə veriləcəyi gözlənilir. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 2015-ci il martın 3-də start verilib. Əsaslı təmir işlərini "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
APA





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR