Cəmiyyət

Nazirlik müharibə əlillərini minik avtomobilləri ilə təmin edir

Nazirlik müharibə əlillərini minik avtomobilləri ilə təmin edir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə dekabrın 24-də Nazirlik tərəfindən 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlanıb. Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən gəlib avtomobili qəbul edə bilməmiş 10 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib.

Qeyd edilib ki, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı da diqqət mərkəzindədir və bu ilin ötən dövründə ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə də mühüm irəliləyişlərə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin ediləcək. Artıq bu istiqamətdə aparılan işlər çərçivəsində ilkin mərhələ kimi 52 rayonda 353 ədəd fərdi ev inşa olunur. Həmçinin yaxın günlərdə ölkənin 5 şəhərində çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq qeyd olunan təbəqələrdən olanlara verilməsinə başlanacaq.

Yeni minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulanlar daim Prezident qayğısı ilə əhatə olunmalarından razılıqla söz açıblar. Onlar əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, tibbi-sosial reabilitasiyasına, eləcə də minik avtomobilləri və mənzillərlə təminatına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Nazirlik müharibə əlillərini minik avtomobilləri ilə təmin edir

Nazirlik müharibə əlillərini minik avtomobilləri ilə təmin edir

Nazirlik müharibə əlillərini minik avtomobilləri ilə təmin edir

Nazirlik müharibə əlillərini minik avtomobilləri ilə təmin edir





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR