Redaktorun Seçimi / Elan

Sumqayıtda “Açıq qapı” günü keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 25-də Sumqayıt şəhərində vətəndaşlar və media nümayəndələri üçün “Açıq qapı” günü və hüquqi maarifləndirmə tədbiri keçirəcək.

“Açıq qapı” gününün təşkilinin başlıca məqsədi ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etməkdir. Eyni zamanda, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat və müasir xidmətləri nümayiş etdirməkdir.

Həmin gün, həmçinin Sumqayıt şəhəri, Siyəzən və Xızı rayonları üzrə aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı hüquqi maarifləndirmə seminarı keçiriləcək.

Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində keçiriləcək.
Ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti, 42-ci məhəllə.

(AzərTAc)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR