Cəmiyyət
Komitə Sumqayıtda “Açıq qapı” günü keçirdi
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 25-də Sumqayıtda “Açıq qapı” günü, vətəndaş forumu və hüquqi maarifləndirmə tədbiri keçirib. Tədbirdə Sumqayıt şəhəri, Siyəzən, Xızı rayonlarından olan vətəndaşlar və digər maraqlı tərəflər iştirak edib.
“Açıq qapı” günü “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. Tədbirdə iştirak edən vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini izləyib və yaxından tanış olub, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, qeydiyyat prosedurları, hüquqi tələblər və zəruri sənədlər iştirakçılara əyani izah olunub. Bildirilib ki, ərazi idarələrində vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub, qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron informativ tablolar quraşdırılıb.
Qeyd olunub ki, vətəndaşların rahatlığını təmin etmək, onların mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Komitə noyabr ayından yeni kampaniyaya start verib. Kampaniya vətəndaşların əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair əldə etdikləri akt, qeydiyyat vəsiqəsi, şəhadətnamələrin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ilə bağlıdır. Artıq belə kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Şəki və Qəbələ rayonlarında keçirilib və 1250-yə yaxın vətəndaş kampaniyadan faydalanıb.
Tədbirdə bildirilib ki, daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu məqsədlə, hazırda Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir. Mərkəzin tikintisi 2015-ci ilin birinci yarısında yekunlaşacaq.
Tədbirdə komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilib. Bildirilib ki, mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların ünvanına çatdırılır. Qeyd edək ki, ümumilikdə, indiyədək mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000 vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Mətbuat nümayəndələri və vətəndaşların verdikləri suallar cavablandırılıb.
Həmin gün Sumqayıt şəhəri, Siyəzən və Xızı rayonları üzrə aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı hüquqi maarifləndirmə seminarı da keçirilib. Bu maarifləndirici tədbirlər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənməni təmin etmək məqsədi daşıyır. Belə tədbirlər sayəsində dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işləri aparılır, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə qeydiyyat prosesinin praktik tərəfləri dolğun şəkildə çatdırılır.
(AzərTAc)
Bu bölmədə bənzər xəbərlər
- Sumqayıtda “Açıq qapı” günü keçiriləcək
- Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
- Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Abşeronda vətəndaş qəbulu keçirəcək
- Baş Prokuror Abşeronda vətəndaşların qəbulunu keçirəcək
- Vergilər naziri Xırdalanda vətəndaşları qəbul edəcək
- DİN Sumqayıtda səyyar xidmət keçirib
- Sumqayıtda “Atəş hazırlığı”
- Saray qəsəbəsində səyyar xidmət keçirilib
- Ramil Usubov Sumqayıtda qəbul keçirib
- Ağaclar qanunsuz kəsilirsə, 1113-ə zəng edin
Çox oxunan xəbərlər
- “STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- AFFA "Sumqayıt"ı cərimələdi
- Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
Xəbər lenti
- 19:20
Tikinti şirkətindən oğurluq edən şəxs saxlanıldı
- 19:11
Ayxan Abbasov: "Xəyal Messi deyil ki?!"
- 18:48
Altı partiyanın YAP-a qoşulması siyasi həmrəyliyin göstəricisidir
- 18:42
Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır
- 18:39
Sumqayıtda yeni McDonald’s restoranından FOTOLAR
- 18:26
Azərbaycan Ordusu xalqımıza ən şərəfli anları yaşatdı
- 18:22
Azərbaycan hərbçisinin torpaqlarımızı azad etmək yanğısı qələbəmizə səbəb oldu
- 19:16
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb
- 15:14
Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- 15:09
Martın 6-da gözlənilən hava şəraiti
- 15:03
Sumqayıtlı idman mütəxəssisləri təltif ediliblər
- 14:49
Bakı-Pirşağı-Sumqayıt qatarları işləməyəcək
- 14:44
"LEVENT SUMQAYIT BEACH CİTY"də yeni şərtlərlə mənzil satışı
- 13:00
Mübariz Mənsimov azadlığa buraxıldı
- 17:30
AFFA "Sumqayıt"ı cərimələdi
- 17:26
AQTA Sumqayıtın "Bulaq"ını cərimələdi - TAM SİYAHI
- 17:00
İşğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək
- 15:29
Qazimiz Arif Hacıyevin görmə qabiliyyəti bərpa edildi
- 15:24
"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib
- 15:02
Bakıda təhsil işçilərinin vaksinasiyası davam edir
- 14:46
Martın 5-də gözlənilən hava şəraiti
- 09:49
Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- 09:28
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
- 21:13
“STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- 10:07
Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- 09:51
Mart ayının hava proqnozu açıqlandı
- 09:42
Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!
- 10:11
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni emalatxana yaradılıb
- 14:18
Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- 14:13
Sumqayıtda təcili yardıma müraciət daxil olmayıb
- 14:04
Sumqayıtda Sovet dövrünün daha bir yadigarı
- 13:36
Sumqayıta 8 sm qar yağıb
- 13:41
Sumqayıtda ağacəkmə aksiyası keçirildi
- 14:31
Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- 14:17
Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin işə qəbulunu elan edir
- 14:02
Ödənişli avtomagistralın tikintisi davam etdirilir
- 13:43
Sumqayıtda şəhid ailələrinə sovqatlar çatdırılıb
- 15:50
Sumqayıtda plan artırıldı - Sürücülər işə çıxmadılar
- 15:41
Sumqayıtlı Qazi yüksək texnologiyalı protezlə təmin edilir
- 15:37
UEFA "Sumqayıt"a 75 min avro ayırdı
Arxiv
Fevral 2021 (33)
Yanvar 2021 (40)
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)