Sumqayıtda hava

Manşet / Cəmiyyət

İlk elektrik qatarı Bakıdan Sumqayıta yola salındı - FOTOLAR

İlk elektrik qatarı Bakıdan Sumqayıta yola salındı - FOTOLAR

 

Dünən Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib.
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verdi.
Yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir.
Bakı sərnişin stansiyasında 4 yeni platforma inşa olunub, qatarların qəbulu və yola salınması üçün əsaslı təmir işləri görülüb, avadanlıqlar yenilənib. Hazırda 17 mərtəbəli "Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.
Qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkün olacaq.
Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlət başçısına təqdim edildi.
Hazırda "BakuBus” avtobusları və metropolitendə istifadə olunan "BakıKart”dan burada istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.
Prezident Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsdi və zəngi vurdu.
Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün "Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər. 

 

 

İlk elektrik qatarı Bakıdan Sumqayıta yola salındı - FOTOLAR

 

İlk elektrik qatarı Bakıdan Sumqayıta yola salındı - FOTOLAR

 

İlk elektrik qatarı Bakıdan Sumqayıta yola salındı - FOTOLAR

 

İlk elektrik qatarı Bakıdan Sumqayıta yola salındı - FOTOLAR

 





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR