Manşet / Cəmiyyət

Sumqayıt taekvondoçularından 4 qızıl medal

Sumqayıt taekvondoçularından 4 qızıl medal

 

Qəbələdə, taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku” yarışı keçirilib.
Cənubi Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə təşkil edilən yarış 2 gün davam edib. Yarışda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 1998-2000-ci il təvəllüdlü gənc idmançıları dayanq üzərində qüvvələrini sınayıblar.
Qəbələ şəhər Olimpiya İdman Kompleksində keçirilən yarışlar Sumqayıt idmançıları üçün də uğurlu keçib. Şəhər Olimpiya ve İdman Kompleksinin Taekvondo bölməsinin yetirmələri - Fizam Mehtiyev, Xanruh Fətullayev, Cavid Məmmədov və Mehriban Məmmədova rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər.
Qalib taekvondoçular diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR