Sumqayıtda hava

Elan

“Azəriqaz” regionlarda işçi axtarır - 1000 nəfər

“Azəriqaz” regionlarda işçi axtarır - 1000 nəfər


Sentyabrın 23-də SOCAR-ın Baş ofisində regionlarda gənclərin "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə hazırlanması və işə qəbul müsabiqəsinin elan edilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirmişdir ki, son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlib, genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilib.
Yeni çəkilən kəmərlərin, quraşdırılan avadanlıqların istismarı, boru xətlərinin və sayğacların əvəzlənməsi, digər işlərin həyata keçirilməsi üzrə yaranan əlavə iş həcmlərinə uyğun olaraq "Azəriqaz” İB-də 1000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb. Bununla əlaqədar SOCAR tərəfindən Birliyin regionlarda fəaliyyət göstərən xidmət sahələrinə "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə təlim keçməklə işə qəbul müsabiqəsi keçirilir. Müsabiqə neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq gənclərin məğulluğunun təmin olunmasına köməkliyin edilməsi istiqaməti üzrə həyata keçirilir. Boş (vakant) iş yeri barədə məlumatlar "Azəriqaz” İB tərəfindən Dövlət Məşğulluq Xidmətinə təqdim olunub.
Müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsilli, fiziki cəhətdən sağlam olan, ilk növbədə regionlarda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər. Müsabiqə vakansiyaların elan olunduğu yerlərdə SOCAR-ın İnsan Resursları Departamenti, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Dövlət Məşğulluq Xidməti, Rayon İcra Hakimiyyətlərinin yerli icra nümayəndələri cəlb olunmaqla həyata keçiriləcəkdir. 
Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov müsabiqənin mərhələlər üzrə keçiriləcəyini qeyd edib, proseduru jurnalistlərə təqdim edib. Bildirilib ki, əvvəlcə iddiaçıların sənədləri elektron (www.socar.az veb səhifəsinin "karyera” bölməsi vasitəsi ilə) qaydada və ya rayon məşğulluq mərkəzləri vasitəsi ilə qəbul ediləcək, onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaqdır. Testdən müvəffəqiyyətlə keçmiş namizədlər üçün SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi təlim kursu keçiriləcəkdir. Təlim iştirakçıları kursun sonunda buraxılış imtahanı verəcəklər. İmtahanda müvəffəqiyyət qazanan namizədlərə müvafiq sertifikatlar təqdim olunacaqdır. Daha yüksək nəticə göstərmiş 1000 nəfər seçiləcək, onların 410 nəfəri mövcud vakansiyalar üzrə dərhal işə qəbul ediləcək, qalanları isə 1 il müddətində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcəkdir.
Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə "sms” vasitəsilə göndəriləcəkdir. Müraciətləri təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya Nömrəsi və şifrə veriləcəkdir ki, bunun vasitəsi ilə onlar müvafiq linkə daxil olmaqla müsabiqənin nəticəsi haqqında məlumatları ala biləcəklər. Bununla yanaşı vətəndaşlar müsabiqə ilə bağlı məlumatları SOCAR və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi elektron ünvanlarından əldə edə biləcəklər. Eyni zamanda şirkətin və nazirliyin müvafiq struktur bölmələri tərəfindən işsiz və işaxtaran vətəndaşların boş (vakant) iş yerlərinə qəbul haqqında elan olunan müsabiqədə iştirakı ilə bağlı müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.
Socar.az





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR