Manşet / Cəmiyyət

Elektrik qatarlarının hərəkət cədvəli yenə DƏYİŞDİRİLDİ

Elektrik qatarlarının hərəkət cədvəli yenə DƏYİŞDİRİLDİ

 

Sərnişinlərun arzu və təkliflərini nəzərə alaraq, onların qatarlardan istifadəsini asanlaşdırmaq məqsədi ilə sentyabrın 28-dən etibarən Bakı-Sumqayıt-sərnişin-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində hissəvi dəyişikliklər ediləcək.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "YeniSumqayit.Az"a verdiyi məlumata görə dəyişikliyə əsasən, elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16:00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09:00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək.
Sentyabrın 24-dən etibarən hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:10-da, Sumqayıt sərnişin stansiyasından saat 06:40 yola düşən elektrik qatarları ləğv olunacaq.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Tel: 499-44-07
Vasif Suleymanov





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR