Manşet / Cəmiyyət

"Sumqayıt" FK AZAL üzərindəki qələbəni qoruya bilmədi - FOTOLAR

"Sumqayıt" FK AZAL üzərindəki qələbəni qoruya bilmədi - FOTOLAR

 

Topaz Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

"Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da AZAL-ı qəbul edib. Oyunda hesabı komandamızın üzvü Ağabala Ramazanov açsa da, 90+4-cü dəqiqədə Aleksandr Qurili hesabı bərabərləşdirib. "Sumqayıt” - AZAL - 1:1

Qollar: A.Ramazanov, 36. A.Qurİli, 90+4 Aqil Məmmmədov ("Sumqayıt”ın baş məşqçisi):

"Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Döyüşən kollektivdən razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunun gedişində 10 nəfər qaldıq. Hakimlikdən razı deyiləm. Bəzi epizodlarda oyunu saxlamırdı. Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi. Rəhim Həsənov təcrübəsiz, gənc hakim deyil ki, deyim, bacarığı budur. Bunun adını qərəz qoyub, şər də ata bilmərəm. Sadəcə, fikrimdə qalıram: çox pis hakimlik elədi. Düşünürəm ki, epizodlara baxmalıyam. İndi deyə bilmərəm ki, ikinci sarı vərəqə var idi, ya yox idi. Epizoda baxıb, konkret danışa bilərəm”.

 

"Sumqayıt" FK AZAL üzərindəki qələbəni qoruya bilmədi - FOTOLAR

 

"Sumqayıt" FK AZAL üzərindəki qələbəni qoruya bilmədi - FOTOLAR

Müəllif: Fərhad Bayramov





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR