Cəmiyyət

Sumqayıtlı ovçular saxlandı

Sumqayıtlı ovçular saxlandı


“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 12-24 dekabr 2014-cü il tarixlərində keçirilmiş növbəti reyd zamanı Şahdağ Milli Parkının Quba bölməsinin ərazisində ovla məşğul olan Sumqayıt şəhər sakinləri Hüseyn Hüseynov, Rövşən Abulov, Şakir Qəhrəmanov, Vəli Hüseynov, Məhəmmədəli Niyazov və Xırdalan şəhər sakini Mustafa Nəbiyev saxlanılıb və onlardan 6 ov tüfəngi götürülüb.
Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək ümumilikdə onlara 6000 manat məbləğində cərimə tətbiq edilib.
Eyni zamanda, sözügedən ərazidə keçirilmiş növbəti reyd zamanı ovla məşğul olan naməlum şəxs Nazirliyin əməkdaşlarını görən zaman ov tüfəngini ərazidə qoyaraq qaçıb.
Ov silahı götürülərək qanunamüvafiq qaydada akt tərtib olunub və təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə müraciət edilib.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR