Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı xanım namizədin müraciəti qeydə alındı - SEÇKİ-2015

Sumqayıtlı xanım namizədin müraciəti qeydə alındı - SEÇKİ-2015



Bu ilin 1 noyabr tarixində Azərbaycan Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək üçün Sumqayıt şəhərindən daha bir namizədin müraciəti qeydə alınıb.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Metodika-biblioqrafiya şöbəsinin müdiri Mirzəyeva Təranə Tapdıq qızının namizədliyi 42 saylı Sumqayıt ikinci seçki dairəsindən qeydə alınıb.
1976-cı ildə Sumqayıt şəhərində anadan olan Təranə Tapdıq qızı Mirzəyeva 1997-ci ildən Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində çalışır. S.Vurğun adına Mərkəzi kitabxananın elmi katibi vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1998-ci ildən Metodika biblioqrafiya şöbəsinin müdiridir.
Təranə Mirzəyeva çalışdığı müddət ərzində dəfələrlə Mədəniyyət və Turizm Nazirliyi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilib. 2014-ci ilin hesabatına əsasən təyin olunmuş "Ən yaxşı kitabxanaçı” naminasiyasına layiq görülüb.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR