Redaktorun Seçimi / Cəmiyyət

Sumqayıt teatrında yeni tamaşalar

Sumqayıt teatrında yeni tamaşalar


Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşaların məşqlərinə başlayıb.
Teatrın direktoru İslam Həsənov bildirib ki, görkəmli dramaturq M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaçılara yeni ildə təqdim ediləcək.
Yanvarın 10-da yazıçı Hüseynbala Mirələmovun “Vicdanın hökmü” əsəri əsasında hazırlanan tamaşanın premyerası gözlənilir.
Tamaşaya teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rolları Ulduzə Nəsir, Mətləb Səfərli, İlahə Səfərli, Habil Xanlarov və başqaları ifa edir.
2015-ci ilin aprel-may aylarında isə Bolqarıstandan dəvət edilmiş rejissor Xristo Stoyçev teatrın səhnəsində U.Şekspirin “Otello” əsərinə quruluş verəcək.
Bundan əlavə, teatrın baş rejissoru Firudin Məhərrəmov Nobel mükafatı laureatı A.Kamyunun “Kaliqula” əsəri əsasında tamaşa hazırlayacaq.


(AzərTAc)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR