Sumqayıtda hava

Manşet / İqtisadiyyat

Sumqayıtda ləğv edilən yarmarkanın yerində "novostroyka" tikiləcək?!

Sumqayıtda ləğv edilən yarmarkanın yerində "novostroyka" tikiləcək?!



Sumqayıtda ləğv edilən yarmarkanın yerində Sumqayıtda ləğv edilən kənd təsərrüfatı yarmarkasının münasib yerə köçürülməsi artıq problemə çevrilib.
Xəbər verildiyi kimi, yarmarkada çalışan ticarətçilər ötən həftə İcra Hakimiyyəti binasına yürüş edib, orda piket keçirməyə cəhd gostəriblər. Hətta, polislə ticarət işçiləri arasında yaranan qarşıdurma nəticəsində bir neçə ticarətçi saxlanılaraq şəhər polis idarəsinə aparılıb. Yarmarkada kənd təsərrüfatı məhsullarını satan ticarətçilər 8-ci mikrorayondan da çıxarıldıqdan sonra, onlar ötən şənbə 10 saylı texniki peşə liseyinin qarşısında yerləşməyə məcbur olublar. Yarmarkanın ləğv edildiyi gündən bəri Sumqayıt şəhər icra başcısının müavini bilavasitə, yarmarkanın köcürülməsi məsələsinə məsul olan Akif Quliyevlə əlaqə yaratmağa çalışdıq. Gün ərzində neçə dəfə nahar fasiləsindən əvvəl və sonra zəng etsək də, onu kabinetində tapa bilmədik. Nə təsadüfdür ki, katibəsi hər zəng etdiyimizdə araşdırıb kim olduğumuzu öyrəndikdən sonra A.Quliyevin yerində olmadığını söyləyir.
Əldə etdiyimiz məlumata görə, kənd təsərrüfatı yarmarkasının yerləşdiyi məkanda hündürmərtəbəli binaların tikintisinə başlanılacağı gözlənilir. Belə olan halda yarmarkanın tamamilə ləğv edilməsi istisna olunmur.
Xeberle.com





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR