Sumqayıtda hava

Elan

“DəmirBank”dan İT Təhlükəsizlik üzrə TƏCRÜBƏ PROQRAMI

 


"DəmirBank” ASC Təhlükəsizlik Xidməti İT Təhlükəsizlik üzrə təcrübəçiləri seçim prosesinə dəvət edir!
Sizi DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:
• Bankın kompüter şəbəkələrində informasiya təhlükəsizliyini təmin edilməsi yolları;
• İT təhlükəsizlik sahəsində baş vermiş insidentlərin araşdırılmasını həyata keçirmə prosesi;
• Bankda İT təhlükəsizliyi standartlarının və prosedurlarının öyrənilməsi;
• Bankın fəaliyyətində istifadə edilən İT təhlükəsizlik standartlarını öyrənilməsi;
• Fövqəladə hallarda informasiya sistemləri üzrə fəaliyyətin davamlılığı prosedurlarına nəzarət etmə prosesi;
• Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılmasını həyata keçirtmə yolları.

Namizədə qarşı tələblər:
• Ali təhsilin olması (İT sahəsi üstünlükdür)
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmalı (rus və ingilis dili bilikləri üstünlükdür);
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət, komandada işləmək, problemləri həll etmə və qərar vermə bacarıqlarına sahib olmalı;
• Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı.
.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 oktyabr 2015-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT Təhlükəsizlik üzrə təcrübəçi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.
Jobsearch.az





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR