Manşet / Cəmiyyət

Prezident Sumqayıta 3.7 milyon AZN ayırdı - LİFTLƏRİMİZ DÜZƏLƏCƏK



Bu gün Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb.
Sərəncam bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi və əhalinin müraciətləri nəzərə alınaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə imzalanıb.
Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılacaq.
Bu məbləğin maliyyələşdirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR