Siyasət
Sumqayıtda yaşayan zəngilanlı seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən parlament seçkilərində namizədi İmamverdi İsmayılov Sumqayıt şəhərində yaşayan zəngilanlı seçicilərlə görüşüb.
Görüşü giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov YAP-ın Azərbaycanın müstəqilliyinin qorunmasındakı xidmətlərindən danışıb. Ə.Hüseynov qarşıdan gələn parlament seçkilərində bu təşkilatın namizədlərinin xalq tərəfindən dəstəklənəcəklərinə əminliyini vurğulayıb:
"Sizlərin seçicisi olduğunuz 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası növbəti dəfə İmamverdi İsmayılovun namizədliyini irəli sürüb. İmamverdi İsmayılov artıq 4 çağırış bu dairəni Azərbaycan parlamentində təmsil edib. O baxımdan əminəm ki, seçicilərimiz İmamverdi müəllimin uzunmüddətli fəaliyyətini dəyərləndirib, düzgün seçim edəcəklər”.
Çıxış edən YAP-ın 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən parlament seçkilərində namizədi İmamverdi İsmayılov məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi, eləcə də mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə bütün məcburi köçkün və qaçqınlar adından ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkürünü bildirib:
"Milli Məclisdə hər zaman öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılır, qanun layihələri işlənir. Prezident İlham Əliyevin apardığı modern iqtisadi inkişaf siyasəti ölkəmizi nəinki yerləşdiyi regionda, yaxın-uzaq coğrafiyada liderə çevirib. Mən hörmətli seçicilərimə bildirmək istəyirəm ki, onlar YAP-ın namizədlərini dəstəkləməklə ölkəmizdə mütərəqqi inkişafın davam etməsinə səs vermiş olacaqlar”.
Daha sonra çıxış edən seçicilər YAP-ın namizədi İmamverdi İsmayılova səs verəcəklərini bildiriblər.
Yeniazerbaycan.com
Bu bölmədə bənzər xəbərlər
- Müsavat Sumqayıtdan deputatlığa namizədlərini açıqladı - SİYAHI
- Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüşüb
- İcra başçısı: "Qubadlıya qayıdacağımız gün uzaqda deyil."
- Sumqayıtda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
- ADP-dən deputatlığa namizədlərin ilkin siyahısı
- AMİP deputatlığa namizədlərinin bir hissəsini açıqlayıb
- 20 ildə qaçqın və məcburi köçkünlərə sərf olunan vəsaitin həcmi AÇIQLANDI
- Köçkün həyatı yaşayan Qubadlı qadınları öz missiyalarını ləyaqətlə yerinə yetirirlər
- YAP Parlament seçkilərinə bu namizədlərlə gedəcək - SİYAHI
- Sumqayıtdan namizəd olan partiya sədri ƏHALİYƏ MÜRACİƏT ETDİ
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- Martın 26-da gözlənilən hava
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb