Cəmiyyət

Həmrəylik Günü Estoniyada qeyd edilib

Həmrəylik Günü Estoniyada qeyd edilib


Azərbaycan Respublikasının Estoniyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Estoniyada yaşayan həmvətənlərimiz, diaspor fəalları, Azərbaycan gənclərinin nümayəndələri, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.

Öncə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub. Müraciətdə bu bayramın tarixi və mahiyyəti, diasporla iş sahəsində dövlət siyasəti, ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının sıx birləşməsində böyük rolu qeyd edilir.

Bayramda iştirak edən uşaqlar üçün ayrıca proqram təşkil edilib. Uşaqlar Azərbaycan cizgi filmlərinə tamaşa edib, onlara Yeni il hədiyyələri və sürprizlər təqdim olunub. Tədbirdə keçirilən lotereya bu bayramın maraqlı məqamlarından biri olub. Lotereyada iştirak edən uşaqların priz kimi Azərbaycanda istehsal edilən AzPad planşetlərini udmaq imkanı olub.

Çıxış edənlər diaspor fəallarının, o cümlədən Tallindəki bazar günü Azərbaycan məktəbinin direktoru və müəllimi, Estoniyanın “ERR” milli teleradio şirkətinin Azərbaycan dilində yayımlanan “Ocaq” radio verilişinin redaktoru və aparıcısı Sənəm Əliyevanın fəaliyyəti xüsusi qeyd edilib. S.Əliyeva Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə verdiyi şəxsi töhfəyə görə AzPad mini planşet-telefon ilə mükafatlandırılıb.

Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün milli şirniyyat süfrəsi açılıb.

Həmrəylik Günü Estoniyada qeyd edilib

Həmrəylik Günü Estoniyada qeyd edilib

Həmrəylik Günü Estoniyada qeyd edilib

Həmrəylik Günü Estoniyada qeyd edilib





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR