Manşet / Cəmiyyət

“Sumqayıt” bu dəfə "Xəzər Lənkəran"ı məğlub etdi - VİDEO

“Sumqayıt” bu dəfə "Xəzər Lənkəran"ı məğlub etdi - VİDEO



Topaz Premyer Liqasının X turu "Sumqayıt” üçün uğurlu alındı. Samir Abasovun rəhbərlik etdiyi komandamız səfərdə "Xəzər Lənkəran” üzərində səfərdə 2-1 hesablı qələbə qazanıb. Komandamızdan Tofiq Mikayılov və Ağabala Ramazanov fərqlənib. Samir Abasov ("Sumqayıt”ın baş məşqçisi):
"Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən "Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik. Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə "Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.
Fərhad Bayramov





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR