Siyasət

Ağalar Vəliyev Sumqayıtda seçicilərlə görüşüb - FOTO

Ağalar Vəliyev Sumqayıtda seçicilərlə görüşüb - FOTO



97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevin Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə 300-ə yaxın seçici iştirak edib. YAP Mərkəzi Seçki Qərərgahı Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev tədbiri giriş sözü ilə açaraq deputatlığa namizəd Ağalar Vəliyev haqqında seçicilərə ətraflı məlumat verib.
Daha sonra seçicilərə A.Vəliyevin tərcümeyi-halı və ötən 5 ildəki fəaliyyəti barədə məlumat təqdim edilib.
A.Vəliyev seçicilər qarşısında geniş və əhatəli çıxış edib.
Seçicilərdən Şirxan Səlimov, Sevindik Hüseynov, Tahir Əliyev və başqarı çıxış edərək Ağalar Vəliyevin təəsübkeş millət vəkili olduğunu söyləyərək noyabrın 1-də ona səs verəcəklərini bildiriblər.

Ağalar Vəliyev Sumqayıtda seçicilərlə görüşüb - FOTO

Publika.az





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR