Cəmiyyət

"Sumqayıt" FK "Zirə" ilə qarşılaşacaq - BU GÜN

"Sumqayıt" FK "Zirə" ilə qarşılaşacaq - BU GÜN



Premyer Liqanın növbəti turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu yenidən məşqlərini bərpa edib. "Yenisumqayit.az" xəbər verir ki, "Kapital Bank Arena"da məşqə çıxan komanda daha çox toplu çalışmalara üstünlük verib. Zədəli olduğu üçün müdafiəçi Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib. Nəzərinizə çatdıraq ki, "Zirə" - "Sumqayıt" oyunu noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma saat 18:30-da start götürəcək. Oyun CBC Sport kanalı ilə canlı yayımlanacaq.
Fərhad Bayramov





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR