Cəmiyyət

Ağır atletika üzrə Sumqayıt şəhər birinciliyi yekunlaşıb

Ağır atletika üzrə Sumqayıt şəhər birinciliyi yekunlaşıb



7-8 noyabr tarixlərində "Veteran Ağır Atletlər” İctimai Birliyinin idman zalında 2000-ci il və daha kiçik yaşlı oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi keçirilib. Yarışda "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt Filialı və "Zirvə” İdman klubunun 42 ağır atleti iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda qızlar arasında Günel Muxtarlı (36 kq), oğlanlar arasında isə Turan Əliyev (26 kq), Məhəmməd Hacıyev (30 kq), Cavidan Muxtarlı (34 kq), Fizuli Hüseynli (38 kq), Murad Əliyev (42 kq), Novruz Muxtarlı (46 kq), Əli Şükürlü (50 kq), Nahid Rzayev (56 kq), Xəyal Ziyadov (62 kq), Rəsul Nəsurullayev (69 kq) və Sadiq Əhmədzadə (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR