Dünya

Türkiyə qara təslim oldu

Türkiyə qara təslim oldu


Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda dəniz reysləri təxirə salınıb.
Reyslər İstanbul akvatoriyasında fırtına xəbərdarlığı və qar yağması ilə əlaqədar təxirə salınıb.

Əsasən dekabrın 31-nə planlaşdırılan reyslər təxirə düşüb. Reyslərin başqa günə keçirilməsi ilə əlaqədar hələlik hər hansı məlumat verilmir.

Bundan öncə, "Türk Hava Yolları" aviaşirkəti bir sıra reysləri təxirə salıb. Aviaşirkət, Budapeştə olan reysləri və altı daxili reysi ləğv edib. Şirkət həmçinin Antalya, Budapeşt, Zaqreb və Təl-Əviv reyslərini ləğv etmişdi.

Yağan güclü qar Türkiyənin bir çox bölgələrində elektrik enerjisinin verilməsində problemlər yaradıb. Həmçinin yollar bağlanıb. Pis hava şəraiti səbəbindən məktəblərdə tətil elan olunub.


(ANSPRESS)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR