Sumqayıtda hava

Manşet / Dünya

2015-in ilk körpəsi Türkiyədə doğuldu (FOTO)

2015-in ilk körpəsi Türkiyədə doğuldu (FOTO)


2015-ci ilin ilk körpəsi Türkiyədə, Çorumda saat 00.03-də dünyaya gəlib. 3 kq 840 qram çəkidə doğulan körpənin sağlam olduğu bildirilir.

Dərya və İlyas Əmrə cütlüyü övladlarına Əli Yunus adı verib. Körpə ailənin ikinci uşağıdır.

Xəstəxanada normal doğuşla dünyaya gələn Əli Yunusu Çorum valisi Əhməd Qara və xanımı Məsudə Qara, polis rəisi Saleh Ərkan Tarançı, eləcə də rayon səhiyyə şöbəsinin müdiri İsmayıl Uca ziyarət edib.

Vali Qara: “Valideynləri körpəmizə Əli Yunus adını veriblər. Övlada gözəl ad vermək ata və ananın borcudur. Çünki övlad ömrü boyunca bu adı daşıyacaq. Əli Yunus övladımızın gələcəkdə Vətəninə, millətinə, ailəsinə, ana və atasına faydalı olmasını Uca Allahdan diləyirəm. Sağlam, xoşbəxt böyüməsini də yenə Allahdan istəyirəm və anasına da sağlamlıq arzu edirəm.”





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR