Sumqayıtda hava

Dünya

İmam Hüseyn (ə) dünyanın dörd bir yanında anılıb - VİDEO

İmam Hüseyn (ə) dünyanın dörd bir yanında anılıb - VİDEO



İslam peyğəmbərinin sevimli nəvəsi Həzrət İmam Hüseynin(ə) "Ərbəin" mərasimi ilə əlaqədar dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin təşəbbüsü ilə müəllim və tələbələrə İmam Hüseyn(ə) haqqında məktub, su və müxtəlif şirniyyatlar paylanılıb. 
İnterAz xəbər verir ki, layihənin ideya müəllifi və təşkilatçısı azərbaycanlı tələbə Adil Dərvişov fikirlərini aşağıdakı sözlərlə ifadə edib:
"Ətraf mühitlə yanaşı, mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada belə layihələrə böyük ehtiyac var. Müxtəlif millət, din və məzhəblərdən olan tələbələrlə bir araya gələrək akademik mühitdə Həzrəti İmam Hüseyni və şəhid olduğu Kərbəlanı tanıtmağa səy göstərdik.
Mən əlbəttə ki, tək başına bu işi görə bilməzdim. Aksiyamıza qoşulan tələbə-gənclərlə yanaşı iştirakçıların tapılmasında müxtəlif məzhəblərə aid insanların da rolu böyük olmuşdur. Şükürlər olsun ki, bu işi görmək şərəfinə nail olduq."

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR