Sumqayıtda hava

Cəmiyyət

Futbol yığmamız 2015-ə qələbə ilə başladı

Futbol yığmamız 2015-ə qələbə ilə başladı


"Yeni Sumqayıt"ın AFFA-nın rəsmi saytına istinadla verdiyi məlumata əsasən, FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Yaponiya komandası ilə qarşılaşan yığmamız 8-ci dəqiqədə Elnur Cəfərovun vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Futbolçularımız turnirdə ikinci oyununu sabah, yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 16:30) Rusiya-2 komandasına qarşı keçirəcək.

Atsuşi Uçiyama (Yaponiya yığmasının baş məşqçisi): “Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”.

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): “Ardıcıl ikinci dəfədir ki, bu turnirdə iştirak edirəm. Ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam. O ki qaldı oyuna, Yaponiya yığması kimi güclü rəqibə qalib gəldiyimiz üçün çox sevinirik. Sona qədər mübarizə apardıq. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”.

Futbol yığmamız 2015-ə qələbə ilə başladı

Futbol yığmamız 2015-ə qələbə ilə başladı

Futbol yığmamız 2015-ə qələbə ilə başladı

Futbol yığmamız 2015-ə qələbə ilə başladı





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR